Ulduz oyunçu klubunu dəyişir
24.02.2025 , 23:30

“Atalanta”nın oyunçusu Ademola Lukman yayda klubunu dəyişəcək.
Korner.az xəbər verir ki, nigeriyalı futbolçu karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Forvardın xidmətində “Liverpul” və “Arsenal”ın maraqlandığı iddia olunur.
İtaliya klubu 27 yaşlı hücumçu üçün 60-65 milyon avro tələb edir.
O, bu mövsüm “Atalanta” forması ilə 29 matçda iştirak edib, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.
