Ulduz oyunçu karyerasını bitirir
04.04.2025 , 21:53

“Roma”nın müdafiəçisi Mats Hummels karyerasını bitirəcək.
Korner.az xəbər verir ki, 36 yaşlı futbolçu bununla bağlı sosial media hesabında paylaşım edib.
Mövsümün sonunda müqavilə müddəti başa çatacaq təcrübəli oyunçu futboldan getmək qərarına gəlib.
Hummels bu mövsüm A Seriyasında 18 rəsmi matça çıxıb, 1 qol vurub.
