Ulduz oyunçu İtaliya yolunda
13.11.2025 , 20:21
“Barselona”nın ulduz hücumçusu Robert Levandovskinin adı “Milan”la hallanır.
Korner.az-ın “Sky Sport”-a istinadən məlumatına görə, polşalı forvardın transfer ideyası “Milan”ın məsləhətçisi Zlatan İbrahimoviç tərəfindən irəli sürülüb. İsveçli futbol əfsanəsi bu keçidin reallaşmasını dəstəkləyir.
37 yaşlı Levandovski karyerasını yüksək səviyyədə davam etdirmək və UEFA Çempionlar Liqasında oynamaq istəyir.
Gözlənilir ki, o, gələn ilin yayında “Barselona” ilə yollarını ayıraraq azad agent kimi bazara çıxacaq. Təcrübəli hücumçu cari mövsümdə 12 oyunda meydana çıxıb və 7 qolla yadda qalıb.