Ulduz oyunçu İtaliya klubuna keçir?
08.05.2025 , 12:00

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq Kevin de Bruyne yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçunun xidmətində “Napoli” maraqlıdır.
Bu barədə “Sky Sport” məlumat yayıb.
Neapol təmsilçisi belçikalı yarımmüdafiəçini yayda transfer etməyi düşünür.
33 yaşlı oyunçu ona gələn təklifkəri mövsümün sonunda dəyərləndirəcək.
