Ulduz oyunçu İngiltərədə qalacaq?
24.04.2025 , 13:30

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq Kevin De Bruyne yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, belçikalı futbolçu ilə “Aston Villa” maraqlanır.
Bu barədə “Sky Sports” məlumat yayıb.
Xəbərdə, Premyer Liqa klubunun 33 yaşlı ulduz oyunçunu pulsuz heyətinə cəlb etmək istədiyi bildirilib.
Cari mövsümdə “Mançester Siti”nin heyətində 35 matçda meydana çıxan Kevin 5 qol vurub, 8 məhsuldar ötürmə edib.
