Ulduz oyunçu İngiltərə yolunda
18.03.2025 , 13:30

“Barselona”nın futbolçusu Rafinya karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Korner.az xəbər verir ki, braziliyalı vingerin xidmətində “Mançester Yunayted” maraqlıdır.
Premyer Liqa klubu 28 yaşlı oyunçu üçün yayda Kataloniya nəhənginə 70 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Rafinya 2022-ci ilin yayından La Liqa klubunda çıxış edir.
