Ulduz oyunçu İngiltərə nəhənglərinin hədəfində
23.02.2024 , 13:41

“Yuventus”un oyunçusu Adrien Rabyo üçün bir neçə təklif var.
Korner.az xəbər verir ki, futbolçu İngiltərə nəhənglərinin hədəfinə düşüb.
Onunla “Mançester Yunayted”, “Liverpul”, “Arsenal” və “Tottenhem” kimi klublar yaxından maraqlanır.
Futbolçuya hələ ki, rəsmi təklif göndərilməyib.
Cari A Seriyasında yarımmüdafiəçi 21 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
