Ulduz oyunçu İngiltərə klubunun hədəfində
26.12.2023 , 13:15
“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix İngiltərə klubunun hədəfinə düşüb.
Korner.az xəbər verir ki, futbolçunu “Mançester Yunayted” heyətinə cəlb etmək istəyir.
Bundan əlavə, “Mançester Siti” və “Liverpul” da 28 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Bu mövsüm Kimmix 20 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.