Ulduz oyunçu hansı kluba keçir?
14.04.2025 , 20:36

“Kristal Pelas” mövsümün sonunda heyətini ulduz oyunçu ilə gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hazırda “Aston Villa”da icarə əsasında çıxış edən Markus Reşfordla maraqlanır.
Bu barədə “The Sun” məlumat yayıb.
Futbolçu mövsümün sonunda müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”ə qayıtmasa, keçid baş tuta bilər.
27 yaşlı oyunçu “Aston Villa” ilə 14 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
