Ulduz oyunçu futboldan gedir
15.04.2024 , 22:46

“Bavariya”nın hücumçusu Tomas Müller karyerasını bitirməyə yaxındır.
Korner.az xəbər verir ki, ulduz oyunçu müqaviləsinin müddəti başa çatan kimi futboldan gedəcək.
34 yaşlı futbolçu 2025-ci ilin yayında karyerasını başa vurmağı planlaşdırır.
Tomas Müller 2009-cu ildən “Bavariya”da çıxış edir.
