Ulduz oyunçu “Çelsi”nin hədəfində
06.01.2026 , 12:45
“Real”ın hücumçusu Vinisius Junior İngiltərəyə köçə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Çelsi” braziliyalı futbolçunu transfer etmək istəyir və bu keçid üçün 150 milyon avro ayırmağa hazırdır.
Təklifin 125 milyon avrosu zəmanətli ödəniş, 25 milyon avrosu isə bonuslar şəklindədir. Vinisius isə hələ də “Real” ilə müqaviləsini yeniləməyib. Onun klubu ilə hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.