Ulduz oyunçu cəzalandırıldı
19.02.2025 , 20:03

İspaniya Futbol Federasiyası Cud Bellinqemi 2 oyunluq cəzalandırıb.
Korner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu La Liqanın 24-cü turunda “Osasuna” ilə matçın (1:1) 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
