Ulduz oyunçu ərəblərin hədəfində
27.05.2024 , 14:54

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro komandasından ayrılır.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Oyunçu ilə hazırda “Əl-Nəsr” danışıq aparır. Ərəblər Kazemiro üçün yüksək məbləğ ödəməyə hazırdır.
Futbolçunun özü də ərəb klubuna keçməkdə istəklidir. Bu səbəbdən keçidin yaxın zamanda baş tutacağı gözlənilir.
