Ulduz futbolçuya sarı vərəqə göstərib, selfi çəkdirdi
30.10.2019 , 19:15

Braziliya və İsrail yığmalarının əfsanələri arasında keçirilən xeyriyyə məqsədli oyunda maraqlı hadisə baş verib.
Korner.az xəbər, hakim oyunun 51-ci dəqiqəsində səbəbsiz yerə Kakaya sarı vərəqə göstərib. Daha sonra onunla selfi çəkdirib.
Kaka və digər futbolçular bu hadisəni təəccüblə qarşılayıb.
Qarşılaşma braziliyalı əfsanələrin 4:2 hesablı qələbəsi ilə bitib.
