Ulduz futbolçunun yeni klubu
03.02.2025 , 10:30

Ulduz oyunçu Serxio Ramosun yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını Meksikada davam etdirəcək.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, 38 yaşlı müdafiəçinin “Monterrey” klubu ilə müqavilə imzaladığı bildirilib.
Ramosun son klubu “Sevilya” olub.
