Ulduz futbolçudan karyerası ilə bağlı şok qərar
30.09.2024 , 17:25
Ulduz futbolçu Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vurub.
Korner.az xəbər verir ki, bununla bağlı 33 yaşlı hücumçu sosial media hesabından paylaşım edib.
O, paylaşımında “Həyatımın bu fəslini xatirələrlə dolu bir ürəklə bağlayıram. Bu gözəl macəra üçün hər kəsə təşəkkür edirəm!”, – deyə bildirib.
2014-cü ilin martında Fransa millisində debüt edən Qrizmann, millinin heyətində 137 oyun keçirib və 44 qol vurub.
Futbolçu hazırda “Atletiko”da forma geyinir.