Ulduz futbolçu yaşıl meydanlara qayıdır
04.03.2025 , 23:40

“Qalatasaray”ın iki ulduzu bu həftə “Alanyaspor”la keçiriləcək matçda meydanlara qayıdacaq.
Korner.az xəbər verir ki, söhbət Yunus Akgün və Alvaro Moratadan gedir.
Sarı vərəqə cəzalı olduğu üçün “Kasımpaşa” ilə oyunda iştirak edə bilməyən Yunus Akgün “Alanyaspor” la matçda ilk 11-də yer alacaq.
Onunla yanaşı, Morata da komandaya qayıdır.
Zədəsini sağaldan və komanda ilə məşqlərə başlayan ulduz oyunçu “Alanyaspor”la matçda forma şans qazanacağı gözlənilir.
