Ulduz futbolçu “Real”dan gedir
04.12.2024 , 11:00
“Real”ın hücumçusu Vinisius Junior klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, ulduz futbolçu ərəblərin transfer hədəfinə düşüb.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə, oyunçunun özünün də karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istədiyi qeyd olunub.
24 yaşlı futbolçunun xidmətində “Əl-Əhli”nin maraqlı olduğu bildirilir.
Vinisiusun keçidi baş tutarsa, Madrid nəhəngi onun satışından böyük məbləğdə pul qazanacaq.