Ulduz futbolçu “Qarabağ” üçün gəlir
09.10.2024 , 10:23

Ulduz futbolçu Mesut Özil Bakıya gəlir.
Korner.az xəbər verir ki, o, Ağdam təmsilçisinin qonağı olacaq.
Bununla bağlı klub açıqlama yayıb:
“Dəyərli azarkeşlərimiz!
Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Mesut Özil qonağımız olacaq!
Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şounu qaçırmayın!
Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir!
Tədbir oktyabrın 11-i, saat 16:30-da “Azersun Arena”da baş tutacaq.
Giriş sərbəstdir.
