Ulduz futbolçu “Qalatasaray”dan getdi – Rəsmi
30.01.2025 , 09:30

“Qalatasaray” futbolçusu Hakim Ziyeşlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi mərakeşli futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
31 yaşlı hücumçu 2023-cü ilin yayından Türkiyə nəhəngində forma geyinirdi.
