Ulduz futbolçu PSJ-yə keçdi
14.01.2025 , 13:15

PSJ Xviça Kvaratsxeliyanın transferi ilə bağlı “Napoli” ilə razılığa gəlib.
Korner.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
Kvaratsxeliyanın Fransa nəhəngi ilə 5 illik müqavilə imzalandığı bildirilir.
Xəbərə görə, Paris təmsilçisi Kvaratsxeliyanın transferi üçün 70 milyon avro ödəyəcək.
Ulduz oyunçu yeni klubunda indiki maaşının 4-5 mislini alacaq.
Bu mövsüm “Napoli”nin heyətində 19 matçda meydana çıxan 23 yaşlı futbolçu 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
