Ulduz futbolçu milli karyerasını bitirdi
13.05.2023 , 19:56

“Atletiko Madrid”in ulduz futbolçusu Aksel Vitsel milli karyerasını bitirdiyini açıqlayıb.
Korner.az xəbər verir ki, o, Belçika milli komandasında forma geyindiyi üçün fəxr etdiyini bildirib:
“Bu illər ərzində ölkəmi təmsil etmək fürsəti əldə etdiyim üçün fəxr edirəm. İndi ailəm və klubumla vaxt keçirməyin vaxtıdır. Mənə Belçika formasını geyindirən hər kəsə təşəkkür edirəm. Komandaya uğurlar arzulayıram”.
