Ulduz futbolçu klubunu dəyişir
02.12.2024 , 13:00
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne mövsümün sonunda klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İspaniyada davam etdirməyi düşünür.
Ulduz futbolçunun “Barselona”ya keçəcəyi gözlənilir.
Kataloniya nəhəngi yayda Kevinə rəsmi müqavilə təklif edəcək.