Ulduz futbolçu klubunu dəyişir
03.04.2025 , 18:12

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, belçikalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
33 yaşlı oyunçunun xidmətində sözügedən ölkənin ikinci liqa klubu “Neom SC” maraqlıdır.
De Bruyne 2015-ci ildən İngiltərə nəhəngində çıxış edir.
