Ulduz futbolçu klubunu dəyişir?
06.02.2025 , 14:15

“İnter”in hücumçusu Lautaro Martines klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Argentinalı forvardın xidmətində “Arsenal”ın maraqlı olduğu iddia olunur.
London nəhəngi oyunçu üçün İtaliya klubuna 120 milyon avro təklif edib.
27 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 15 qol vurub və 6 məhsuldar ötürməyə imza atıb.
