Ulduz futbolçu klubundan ayrılır?
28.11.2025 , 10:30
Serxio Ramosun “Monterrey”lə yolları 2026-cı ildə ayrılacaq.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilir ki, 39 yaşlı müdafiəçi futbolu buraxmağı planlaşdırmır və karyerasını başqa bir klubda davam etdirmək istəyir.
Ramos bu ilin fevral ayında Meksika təmsilçisinə transfer olunmuşdu.
İspaniyalı futbolçu Apertura turniri bitdikdən sonra “Monterrey”dən ayrılmağa hazırlaşır.