Ulduz futbolçu klubundan ayrılacağını açıqladı
04.04.2025 , 15:23

Kevin De Brüyne mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq.
Korner.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı sosial media hesabında paylaşım edib.
O, paylaşımında komandaya və klubun azarkeşlərinə təşəkkür edib.
Xatırladaq ki, 33 yaşlı oyunçu 2015-ci ildən İngiltərə nəhəngində forma geyinirdi.
Mina Musayeva
