Ulduz futbolçu klubu ilə müqavilə uzadır
10.12.2024 , 14:12
Xviça Kvaratsxeliyanın “Napoli”dəki gələcəyi məlum olub.
Korner.az xəbər verir ki, futbolçu Neapol təmsilçisində qalacaq.
Ulduz oyunçu klubu ilə 2029-cu ilə qədər yeni sözləşmə imzalamağa hazırlaşır.
Yeni müqaviləyə əsasən, 23 yaşlı yarımçüdafiəçinin maaşı illik 4,6 milyon avrodan 6 milyona qalxacaq.