Ulduz futbolçu karyerasını bitirir?
03.07.2025 , 14:10

Ulduz futbolçu Luis Suares karyerasını bitirə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hazırda “İnter Mayami”də forma geyinən hücumçunun ABŞ klubu ilə müqaviləsinin müddəti qışda başa çatacaq.
Xəbərdə, 38 yaşlı oyunçunun dekabrdan sonra futboldan gedəcəyi gözlənildiyi bildirilib.
