Ulduz futbolçu karyerasını bitirir?
17.01.2025 , 14:40

“Bavariya”nın hücumçusu Tomas Müller karyerasını bitirə bilər.
Korner.az xəbər verir ki, o, futboldan getmək qərarına gəlib.
Bu barədə xarici KİV məlumat yayıb.
Ulduz futbolçu son qərarını yayda verəcək.
35 yaşlı forvard bu mövsüm Münhen klubunun heyətində 24 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
