Ulduz futbolçu karyerasını bitirdi
06.02.2025 , 16:00

“Real”ın sabiq futbolçusu Marselo karyerasını bitirib.
Korner.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bununla bağlı sosial media hesabında paylaşım edib.
Sonuncu dəfə “Fluminense”də forma geyinən Marselo karyerası ərzində “Real” və “Olimpiakos” kimi klublarda da çıxış edib.
O, Braziliya millisinin heyətində 2006-cı ildə debüt edib.
