Norveç millisinin və “Liverpul”un sabiq futbolçusu Con-Arne Riise karyerasını başa vurub.
Korner.az-ın məlumatına görə, bu barədə 35 yaşlı futbolçunun özü məlumat verib.
Vətənində “Olesun” klubunda çıxış edən Riise hazırda davam edən Norveç çempionatında mövsümün sonunu gözləmədən klubla olan müqaviləsini ləğv edib.
