Ulduz futbolçu intihara əngəl oldu
06.01.2025 , 16:30
“İnter Mayami”nin hücumçusu Luis Suares maraqlı hadisə ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, uruqvaylı futbolçu həyat yoldaşı Sofiya Balbi ilə ölkəsində istirahətdə olarkən intihara cəhdin qarşısını alıb.
Bu barədə “Marca” məlumat yayıb.
Bildirilib ki, Suares və həyat yoldaşı Sofiya Balbi tətildə olarkən 49 yaşlı kişi 6 metr hündürlüyündəki ağaca dırmaşaraq intihara cəhd edib.
Ağaca çıxan kişi arvadı gəlməsə intihar edəcəyini dediyi və 20 saatlıq cəhddən sonra razılaşaraq onu ağacdan endirməyin mümkün olduğu qeyd olunub.
Kişini razı salmaqda Suaresin də rolu olduğu vurğulanıb.