Ulduz futbolçu hansı yeməyi xoşlayır?
18.09.2023 , 15:37
“İnter Mayami”nin hücumçusu Lionel Messi qidalamasından danışıb.
Korner.az xəbər verir ki. 36 yaşlı forvard yemək yeməyi çox sevdiyini deyib:
“Pirzola, makaron, dondurma.. Mən yemək yeməyi xoşlayıram. Şirin olan hər şeyi sevirəm. Amma çalışıram ki, bu cür yeməklərdən az yeyim. Qəhvə? Qəhvəni isti və acı içirəm. Əvvəllər şirin içirdim, amma sonra acıya keçdim”.