Ulduz futbolçu hansı kluba keçir?
09.04.2025 , 16:38

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq olan Kevin de Brüyne yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi karyerasını ABŞ-də davam etdirə bilər.
Ulduz oyunçu ilə “İnter Mayami”nin maraqlandığı iddia olunur.
MLS təmsilçisi futbolçunu yayda heyətinə cəlb etmək üçün hərəkətə keçəcək.
