Ulduz futbolçu “Fənərbağça”ya keçir?
24.12.2024 , 21:00
“Fənərbağça” yeni transfer üçün hazırlaşır.
Korner.az xəbər verir ki, İstanbul klubu dünya ulduzunu heyətinə cəlb etmək istəyir.
Söhbət “Mançester Siti”nin oyunçusu Kevin De Brunedən gedir.
Bu barədə Türkiyə mətbuatında xəbər yer alıb.
33 yaşlı futbolçunun “şəhərlilər” ilə müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.