Ulduz futbolçu “Fənərbağça”ya gəlir?
29.04.2025 , 21:46

“Fənərbağça” yayda heyətinə ulduz oyunçu cəlb etmək istəyir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda Lill”lə müqaviləsi başa çatacaq Conatan Davidi “radarına” salıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Superliqa nəhəngi 25 yaşlı ulduz oyunçuya 9 milyon avro maaş təklif etməyə hazırdır.
“Fənərbağça”dan başqa futbolçu ilə “İnter” və “Liverpul” da maraqlanır.
