Ulduz futbolçu baş məşqçidən üzr istədi
02.10.2024 , 20:13
PSJ-nin futbolçusu Usman Dembele baş məşçisi Luis Enrikedən üzr istəyib.
Korner.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
27 yaşlı fransalı ulduz baş məşqçisi ilə arasında olan problemləri həll edib.
Onun bu həftə “Nitsa”ya qarşı oynayacağı gözlənilir.
Xatırladaq ki, Dembele intizamsızlığa görə, “Arsenal”la oyunda heyətdən kənarlaşdırılmışdı.