Ulduz futbolçu anasını işdən qovdu
22.02.2019 , 18:22

PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyö atdığı addımla diqqət mərkəzinə düşüb.
Fransız futbolçu agentliyini edən anası Veronika Rabyönü işdən qovub. 23 yaşlı futbolçu anasının onu ötən yay “Barselona”ya transfer edə bilmədiyi üçün belə sərt qərar verib.
Qeyd edək ki, Rabyö PSJ-nin yetirməsidir və onun müqaviləsi mövsümün sonunda başa çatacaq.
