Daha bir ulduz futbolçu ABŞ klubunu tərk edəcəyini açıqlayıb.
Korner.az-ın məlumatına görə, “Los-Anceles Qalaksi”nin hücumçusu Robbi Kin mövsümün sonunda komandadan ayrılacağını bildirib. 36 yaşlı forvard yeni komandasının adını açıqlamayıb.
Robbi Kin 6 mövsüm ərzində “Los-Anceles Qalaksi”nin heyətində 3 dəfə MLS-nin qalibi olub.