Ulduz futbolçu 3 nəhəng klubun hədəfində
11.03.2025 , 23:10

“Barselona”nın futbolçusu Rafinya 3 nəhəng klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, ulduz oyunçunun xidmətində “Arsenal”, “Liverpul” və “Mançester Yunayted”in maraqlı olduğu bildirilir.
Hər üç klub braziliyalı cinah oyunçu üçün yaxın zamanda Kataloniya təmsilçisinə təklif göndərəcək.
28 yaşlı futbolçunun hazırkı transfer dəyəri 80 milyon avrodur.
