Milli Basketbol Asossiyasiyasında çıxış edən “Nyu-Orlean”ın forvardı Entoni Devis zədələnib.
Korner.az-ın məlumatına görə, ulduz basketbolçu “Çikaqo” ilə oyunda xəsarət alıb.
21 yaşlı basketbolçu xal sayı atarkən yerə pis düşüb və sağ çiynindən zədə alıb.
Qeyd edək ki, Devisin zədəsinin ciddi olub-olmadığı hələlik məlum deyil. Onun “All-Star” matçında meydana çıxmama ehtimalı da var.