Ukraynalı müdafiəçi PSJ-nin hədəfində
07.05.2025 , 12:45

PSJ yeni mövsüm üçün müdafiəçi axtarışlarına başlayıb.
Korner.az xəbər verir ki, Paris təmsilçisi “Bornmut”da çıxış edən İlya Zabarni ilə maraqlanır.
Ukrayna millisinin futbolçusunun dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.
O, bu mövsüm Premyer Liqada 33 oyun keçirib.
