“Qəbələ” klubunun ukraynalı məşqçisi Stepan Matveyev komandanı tərk edib.
Korner.az-ın məlumatına görə, bu haqda klubun meneceri Səbuhi Səfiyarlı deyib.
Matveyev ailə məsələlərinə görə Azərbaycanda çalışmaq istəmir. Vətəninə dönən mütəxəssis daha “Qəbələ”də işləməyəcək. Baş məşqçi Roman Qriqorçukun digər köməkçisi Mixail Savkanın taleyi müəmmalıdır. O da hazırda vətəni Ukraynadadır və “Qəbələ”yə qayıdıb-qayıtmayacağı dəqiq bilinmir.
Qeyd edək ki, hər iki mütəxəssis 2015-ci ilin yanvarından “Qəbələ”də çalışır (sportnet.az).
