Ukraynalı futbolçunun yeni klubu
19.01.2026 , 21:45
Ukrayna millisinin üzvü Aleksandr Zinçenkonun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, ukraynalı futbolçu mövsümün sonuna qədər icarə əsasında “Ayaks”ın heyətində çıxış edəcək.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, Zinçenko mövsümün ilk yarısını “Nottingem Forest”də keçirib və onun transfer hüquqları hələ də “Arsenal”a məxsusdur.