Ukraynalı futbolçu İspaniya yolunda
17.02.2025 , 23:30

“Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenko karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Korner.az xəbər verir ki, ukraynalı futbolçunun xidmətində “Atletiko”nun maraqlı olduğu iddia olunur.
Madrid klubu yay transfer pəncərəsində Zinçenkonun keçidini həll etməyə çalışacaq.
“Atletiko” 28 yaşlı oyunçu üçün 20 milyon avro ödəməyə hazırdır.
