Ukraynada çempion müəyyənləşdi
21.06.2020 , 15:02

Ukrayna Premyer Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, XXVII turda “Aleksandriya”nı 3:2 hesabı ilə məğlub edən Donetsk təmsilçisi çempionluğunu rəsmiləşdirib.
“Şaxtyor” sona 5 tur qalmış ən yaxın izləyicisi olan Kiyev “Dinamo”sundan 19 xal öndədi.
Donetsklilər 13-cü dəfə Ukrayna çempionu olub.
