Ukrayna millisinin müdafiəçisi Niderland klubunda
02.02.2026 , 09:15
Ukrayna millisinin sol cinah müdafiəçisi Aleksandr Zinçenko Niderlandın “Ayaks” klubuna transfer olunub.
Korner.az xəbər verir ki, Amsterdam təmsilçisi bu keçidi rəsmən açıqlayıb.
Məlumatda bildirilir ki, “Ayaks” “Arsenal”a 1,5 milyon avro ödəyəcək və futbolçunun Çempionlar Liqasındakı çıxışına bağlı əlavə bonuslar da müqavilədə nəzərdə tutulub.
Qeyd edək ki, Zinçenko cari mövsümü “Nottinqem Forest”də icarə əsasında keçirmişdi.