Ukrayna millisində yeni baş məşqçi
07.06.2023 , 14:13

Ukrayna millisinin yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu vəzifəyə Sergey Rebrov gətirilib.
Ukrayna Futbol Assosiasiyası ukraynalı mütəxəssisi ictimaiyyətə rəsmən təqdim edib.
Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
