“Hər bir mütəxəssis yüksək imkanları olan yerdə çalışmaq istəyər. Bunu əminliklə deyə bilərəm”
Bunu “Zarya” klubunun baş məşqçisi Yuri Vernidub deyib.
Ukrayna mətbuatına müsahibə verən 51 yaşlı mütəxəssis başqa ölkədə çalışmaq perspektivinə toxunub. Müsahibəsində “Qəbələ”ni bu mənada nümunə göstərən Vernidub Azərbaycan və Qazaxıstan kimi ölkələrin güclü klublarında çalışmağı normal hesab edir: “Əlbəttə ki, normal çempionatda çalışmaq istərdim. Məsələn, Roman Qriqorçuk kimi, sizə də başqa çempionatın liderlər qrupunda qərarlaşan komandasını tapşırırlarsa, niyə də cəhd etməyəsən? Onlar daim daxili birincilikdə 2-3-cü yerləri tutur, müntəzəm olaraq Avropa Liqasının qrup mərhələsində iştirak edir. Özü də Avroliqada mübarizəyə I təsnifat mərhələsindən başlayırlar. Azərbaycanda “Qarabağ” və “Qəbələ” kimi komandalar çıxış edir, necə ki, Qazaxıstanda “Kayrat” və “Astana” var”.
Qeyd edək ki, Yuri Vernidub 2011-ci ildən “Zarya”nı çalışdırır.
